...

Bakı Banklararası Valyuta Birjası oktyabrın 22-si üçün ticarət sessiyalarının nəticələrini açılayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2007 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, oktyabrın 22-də USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8493 AZN təşkil edib.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8492 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 764 370 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0001 bənd düşüb və 0,8493 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 807 165 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8494 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə "Birja Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZN aləti üzrə $1 850 000 ABŞ dolları və ya1 571 535 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 370 000 ABŞ dolları düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə, dilerlər tərəfindən əqdlər bağlanılmayıb.

AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,25%, ABŞ dolları üzrə isə illik 15,60% təşkil edib.

Gün ərzində banklar arasında həcmi 2 000 000 AZN müddəti 70 gün təşkil edən əqd qeydə alınıb. Banklararası kreditlər üzrə faiz dərəcəsi illik 14% təşkil edib.

Xəbər lenti

Xəbər lenti