...

Gömrükçülər GUAM ölkələri arasında vahid nəqliyyat dəhlizinin yaradılması məsələsini müzakirə edirlər - Əsgər Abdullayev

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2007 17:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ GUAM ölkələrinin gömrük işçiləri Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova arasında nəqliyyat dəhlizinin təmin olunması üçün, Tbilisidə toplaşıblar. Bu barədə Trend ə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev məlumat verib.

"Biz ölkələrimiz arasında sərhədlər üzrə gömrük prosedurdlarını yüngülləşdirmək məqsədilə, hər il toplaşırıq" - deyə o bildirib.

Abdullayev əlavə edib ki, görüşdə yüklərin daha tez keçirilməsi məqsədilə, GUAM gömrükçülərinin fəaliyyətinin uyğunlaşdırılması məsələsi müzakirə olunur.

Bu gün səhər Tbilisinin "Şeraton Metexi Palas" otelində GUAM-a üzv dövlətlərin Gömrük İdarələri nümayəndələrinin görüşü başlayıb. Görüş zamanı gömrük prosedurlarının sadələşdirilməsi məsələsi nəzərdən keçiriləcək. Tərəflər ikitərəfli əməkdaşlıq planını da müzakirə edəcəklər.

Görüşdə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın Gömrük Xidməti nümayəndələri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti