...

Koreya bankı Azərbaycanda yol layihəsini tam olaraq maliyyələşdirməkdən imtina edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2007 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / Hökumətdən verilən məlumata görə, "Woori Bank" - Koreya bankı 88,8 km uzunluğunda olan Yevlax-Gəncə yolunun tam maliyyələşdirilməsindən imtina edir.

Lakin 2007-ci ilin aprelində bank ilə Azərbaycan hökuməti arasında 180 mln. dolların ayrılmasına dair kredit müqaviləsi imzalanıb. Vəsait çatışmazlığı səbəbindən "Woori Bank" xərclərin 30-40 faizini üzərinə götürməyə hazırdır. Bu səbəbdən Koreya bankı artıq Azərbaycan tərəfini məlumatlandırıb və maliyyələşmənin həyata keçirilməsi üzrə funksiyanı fransız "BNP Paribas"na verməyi təklif edib.

Hökumət hələ yekun qərar qəbul etməyib. "Woori Bank"ın kredit vəsaiti libor+0,8 faizi üzrə üç illik ödəmə möhləti ilə 18 il müddətinə təqdim olunub.

Layihə bu avtomobil yolunun iki zolaqdan dörd zolağa qədər çatdırılmasını nəzərdə tutur və Gürcüstan sərhədinə qədər avtomobil yolunun genişləndirilməsi çərçivəsində reallaşdırılır.

Gürcüstan sərhədinə qədər qalan hissənin yenidən qurulmasını maliyyələşdirmək üçün həmçinin "BNP Paribas" da hazırdır. Onunla kredit üzrə danışıqlar hələ davam etdirilir. Bank 400 mln. dolları (4-5 illik güzəşt dövrü ilə 20 il müddətinə libor+0,75 faiz üzrə) Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) və bu ölkənin "Nexy" Sığorta Agentliyinin zəmanəti ilə ayıracaq. Fransa bankının vəsaiti 184,8 km uzunluğunda olan Hacıqabul-Yevlax və Qazaxdan Gürcüstana qədər 38 km-lik yolun maliyyələşdirilməsinə yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti