Azərbaycan, Bakı / Trend / Azərbaycanın Vergi Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil Baş İdarəsinin rəisi Zaur Fətizadə 2007-ci ilin yekunlarana həsr olunmuş kollegiyada bildirib ki, Azərbaycanda müşahidə olunan yüksək iqtisadi yüksəliş vergi ödəmələrinə müsbət təsir göstərir. Fətizadənin sözlərinə görə, büdcə ilə nəzərdə tutulmuş proqnoz tapşırıqları 106,7 faiz yerinə yetirilib. 2007-ci ildə daxilolmaların həcmi 4253,4 mln. manat proqnoza qarşı 4540,0 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1825,3 mln. manat və ya 67,2 faiz çox olub.
Azərbaycanın vergi nazir Fazil Məmmədov 2007-ci ildə vergi orqanları qarşısında duran vəzifələrin icrası ilə bağlı qısa məlumat verib. Nazirin sözlərinə görə, "Vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı"nın uğurla icra edildiyini, bu il elektron bəyannamələrin qəbuluna başlanıldığını və artıq 23865 vergi ödəyicisinin 38000-dən artıq bəyannaməni bu üsulla göndərdiyini qeyd edib. Kollegiya iclasında "bir pəncərə" prinsipi üzrə vahid qeydiyyatın təqdimatı mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələrin icrası ilə bağlı 2008-ci ildə Vergilər Nazirliyinin qarşısında duran strateji vəzifələrin yerinə yetirilməsini təmin edən tədbirlər planı qəbul edilib.
Kollegiyanın sonunda Vergilər Nazirliyini kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.