Azərbaycan, Bakı, 14 yanvar/ " Ü.İsmayılova/ Azərbaycanın Daşınmaz Əmlakın Reyestri Dövlət Xidməti 2007-ci ildə daşınmaz əmlaka 85 080 çıxarış verib. Bu barədə Dövlət Xidmətinin bazar ertəsi yayılan məlumatında xəbər verilib.
Məlumatda deyilir ki, bu dövr ərzində təşkilata 210216 müraciət daxil olub.
Dövlət Xidməti 2007-ci ildə daşınmaz əmlakın təsviri, qeydiyyatı və qeydiyyatın ləğv edilməsi üçün 80 min, ipoteka müqaviləsinin reyestri üçün 15266 ərizə verib. 29869 müraciət əsasında daşınmaz əmlakın reyestri üçün texniki sənədlər və digər ərizələr verilib.