Azərbaycan, Bakı, 23 yanvar / Trend / "Hewlett Packard"ın (HP) Azərbaycandakı nümayəndəsi Azərbaycan "Unibank"ında şirkətin qərarının tətbiqini yekunlaşdırıb.
Çərşənbə günü "HP"-nin MDB ölkələri üzrə Korporativ Satış Şöbəsinin rəhbəri Vladimir Yanuşkeviç mətbuat konfransında bildirib ki, "HP", Azərbaycanda bank sektoru əlavə olmaqla, korporativ müştərilərlə iş təcrübəsinə malikdir.
Bank sektorunda "HP"-nin ilk iri sifarişçisi Azərbaycanın Milli Bankı olub.
Yanuşkeviç "HP"-nin "Unibank"la üç ildən artıqdır ki, əməkdaşlıq etdiyini qeyd edib. "HP"-nin ən qabaqcıl qərarları bu bankda tətbiq edilib.
"HP"-nin Azərbaycandakı nümayəndəliyinin başcısı Rüfət Hacıəlibəyovun sözlərinə görə,
layihə çərçivəsində klasterin ərazi bölgüsündə birləşən iki "Intel Itanium rx6600" və iki "Intel Itanium rx3600" serveri quraşdırılıb. Bankda iki "EVA4000" massiv diski tətbiq edilib.
O qeyd edib ki, "NR Integrity" serverləri "Itanium 2" prosessorları bazasında yaradılıb. Platforma hər dörd əməliyyat sistemi ilə - "HP-UX 11i", "Microsoft Windows Server 2003", "Linux və OpenVMS" uyğunlaşır. "Intel Itanium rx6600" serveri bankın əsas binasında, "Intel Itanium rx3600" - Ehtiyat Mərkəzində işləyir. Quraşdırılan serverlər pərakəndə və kommersiya bankının əsas əməliyyatlarının işlənilməsi və mühasib uçotu əməliyyatlarının təhlükəsizliyini dəstəkləyən "core banking" əlavəsi üçün istifadə olunurlar.
"HP Integrity" serverinin quraşdırılması nəticəsində, son zamanlar iki dəfə artan müştəri bazasının səmərəli idarəetmə sistemi yaradılıb. "Unibank" Azərbaycanda avtomatlaşdırılan "Va-Bank ST" bank sistemini tətbiq edən birinci maliyyə institutudur.