...

Azərbaycan Vergilər Nazirliyi ay ərzində vergi qanunvericiliyinin pozulması ilə bağlı yarım mindən artıq fakt aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2008 19:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / " / Azərbaycan Vergilər Nazirliyinin martın 17-dən aprelin 20-dək keçirilmiş operativ nəzarət tədbirləri zamanı 1654 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb. Bu barədə nazirliyin çərşənbə günü yayılmış məlumatında bildirilib.

Bu zaman 846 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 100 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktları aşkar edilib.

Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 162 vergi ödəyicisi aşkar edilib, 212 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşgul olması faktları müəyyən edilib.

Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 141 vergi ödəyicisində 147 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 103 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 78 şəxs tərəfindən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması faktları aşkar olunub.

Ay rəzində nazirlik tərəfindən həmçinin, 12 vergi ödəyicisində 554,9 manat dəyərində 623 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilib.

Azərbaycan Vergilər Nazirliyinin operativ nəzarət tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti