Azərbaycan, Bakı, 29 aprel/ Trend / "Xəzərdənizneftdonanma"ya (XDND) məxsus Azərbaycanın "İsrafil Hüseynov" borudüzən gəmisi Xəzərin şimalında yerləşən "Yuri Korçaqin" yatağında boru kəmərinin çəkilməsinə başlayıb. Bu barədə XDND-nin tərkibinə daxil olduğu ARDNŞ-ın çərşənbə axşamı yayılan məlumatında deyilir.
İşlər suyun 11- 20 m dərinliyində aparılır. İşlərin mayın 25-ə kimi başa çatdırılması nəzərdə tutulub.
"Yuri Korçaqin" yatağının işlənilməsi ilə "LUKoil-Nijnevoljskneft" şirkəti məşğul olur. "İsrafil Hüseynov" borudüzən gəmisindən borunun çəkilməsi ilə McDermott Caspian Contractors İnc. məşğul olur.
Boru kəmərinin diametri 325 mm, uzunluğu isə 57,86 km təşkil edir.