...

Azərbaycanda özəlləşdirilmiş kənd təsərrüfatı və toxuculuq müəssisələrinə kömək məqsədilə məsləhətçilər cəlb olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2008 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir İ.Xəlilova/ Azərbaycan Əmlakın İdarə Olunması üzrə Dövlət Komitəsi kənd təsərrüfatı məhsullarının emalı sahəsindəki müəssisələrin, həmçinin, toxuculuq və tikişçilik sahələrindəki müəssisələrin özəlləşdirilməsinə dəstək üçün məsləhətçilərin seçimi üzrə açıq tender elan edib. Bu barədə çərşənbə günü Dövlət Komitəsindən bildiriblər.

Təkliflər qiymətləndirilən zaman bu meyarlara üstünlük veriləcək: göstərilən xidmətlərin dəyəri, heyətin təcrübəsi, iş planı və icra üsulları, imici və bu sahədə qabaqcıl iş təcrübəsi.

İddiaçıların iyunun 12-dən saat 10.00-dan 18.00-dək Bakı şəhəri, Y.Səfərova küçəsi, 20 (otaq 814) ünvanında yerləşən Dövlət Komitəsindən 500 manat ödəməklə, tender sənədlərini əldə etməsi lazımdır. İddiaçıların tender sənədləri iyulun 18-də saat 18.00-dək, tender təklifləri və bank zəmanəti isə, iyulun 28-də saat 18.00-dək qəbul olunacaq. Bank zəmanəti 2008-ci il sentyabrın 5-dək fəaliyyət göstərəcək tender təkliflərinin minimum iki faizini təşkil edir.

Kənd təsərrüfatı müəssisələrinə yardım üzrə terder təkliflərinin açılması iyulun 29-da saat 10.00-da Komitənin binasında, 310-cu otaqda, toxuculuq üzrə təkliflər isə, saat 10.30-da açılacaq.

Məlumat üçün telefonlar: (994 12) 490 24 08 (daxili. 218 və 150), faks - (994 12) 490 33 59.

2008-ci ildə dövlət büdcəsindən dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı bir sıra müəssisələrə, o cümlədən özəlləşdirilmiş müəssisələrin yaxşılaşdırılması üçün 12,5 mln. manat ayrılıb.

İyunun 11-nə rəsmi məzənnə 0,8185 AZN/USD.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti