...

Bakı-Tbilisi-Qars dəmir yolu əlaqəsinin Türkiyə hissəsinin təməlqoyma mərasimi iyulun sonunda baş tutacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2008 13:22 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmir yolu əlaqəsinin Türkiyə hissəsinin təməlqoyma mərasimi iyulun sonunda baş tutacaq  - nazir

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir U.İsmayılov/ Bakı-Tbilisi-Qars dəmir yolu magistralının Türkiyə hissəsinin təməlqoyma mərasimi iyulun üçüncü ongünlüyünə nəzərdə tutulub. Bu barədə çərşənbə günü Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildrib. O əlavə edib ki, bundan sonra tikinti üzrə praktiki işlər başlayacaq.

Dəmir yolu əlaqəsinin açılış layihəsinin reallaşdırılmasının iki il ərzində başa çatdırılması planlaşdırılır. Bu vaxta qədər Mərmərə layihəsi - Bosforun dibi ilə tünel tikintisi başa çatacaq. Bu, Avropaya dəmir yolu əlaqəsinin açılmasına yardım edəcək. 

Azərbaycanın "Azərinşaatservis" tikinti şirkəti Gürcüstanda 29 km-lik yolun tikintisi layihəsi üzrə tenderin qalibi olub və işlərin həyata keçirilməsinə başlayıb.

"Azərinşaatservis" ilə bağlanan müqavilənin ümumi dəyəri $79 mln. təşkil edir.

Gürcüstanda tikinti və layihə işləri Azərbaycanın $200 mln. məbləğində kredit vəsaitləri hesabına həyata keçirilir.

"Bakı-Tbilisi-Qars" layihəsi çərçivəsində yeni 105 kilometrlik dəmir yolu magistralı qolunun tikintisi planlaşdırılır. Onun 76 kilometri Türkiyə, 29 kilometri Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, Gürcüstanda ötürmə gücünü ildə 15 ton yükə çatdırmaq üçün 183 kilometrlik Axalkalaki-Marabda-Tbilisi dəmir yolu sahəsi yenidən qurulacaq. Axalkalakidə qatarların Gürcüstanda mövcud olan relslərdən Avropa relslərinə keçməsi üçün məntəqə tikmək planlaşdırılır. Layihə $422 mln., müvafiq infrastruktur nəzərə alınmaqla isə $600 mln. qiymətləndirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti