...

"Topaz investment" "Nikoyl" banknın idarəçiliyində səhm nəzarət paketi əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2008 16:44 (UTC +04:00)
"Topaz investment" "Nikoyl" banknın idarəçiliyində səhm nəzarət paketi əldə edib

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir İ.Xəlilova/ "Topaz investment" şirkətinin "Nikoyl" İKB-nın 11,955 mln. manat məbləğində 5977500 adi səhmini əldə edtməsi nəticəsində bannkın səhmdarlar strukturunda dəyişiklik baş verib. Bu barədə çərşənbə günü bankdan məlumat verilib.

"Topaz investment" bank idarəçiliyində 53,1 faiz həcmində səhm nəzarət paketi əldə edib. Yeni səhmdarın daxil olması bank səhmlərinin yeni emissiyası hesabına mümkün olub.

Bankın mətbuat xidmətindən verilən məlumata görə, sövdələşmənin imzalanmasından sonra "Nikoyl" bankın Nizamnamə kapitalı 22,5 mln. manata qədər artacaq.

Bankın səhmdarlar strukturu bu formadadır:

- Topaz investment - 53,1 faiz,

- "Nikoyl" AİSC ("Uralsib" maliyyə korporasiyasının törəmə şirkti) - 28,7 faiz,

- "Uralsib İnvest" - 13,9 faiz,

- ISR Holding - 4,3 faiz,

Məqalə müəllifi ilə əlapqə ünvanı: capital

Xəbər lenti

Xəbər lenti