...

Bakı Banklararası Valyuta Birjası iyulun 17-nə olan ticarətin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2008 21:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, iyulun 17-də USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8043 AZN təşkil edib. Bu barədə Birjanın cümə axşamı yayılan məlumatında deyilir.

BEST sistemində keçirilən səhər sessiyasinin açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8036 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 539 886 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişılməz qalıb.

BEST-in gündüz sessiyanda USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 7 769 338 AZN təşkil edib. Gündüz sessiyasinin nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8043 AZN təşkil edib.

Hər iki sessiyanın nəticələrinə görə, ümumi həcm USD/AZN aləti üzrə 10 330 000 ABŞ dolları və ya 8 309 224 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 860 833 ABŞ dolları düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə, dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 16,07%,  ABŞ dolları üzrə isə, illik 16,93% təşkil edib.

Gün ərzində banklar arasında həcmi  3 000 000 AZN, müddəti 90 gün və faiz dərəcəsi 15,00% təşkil edən əqd qeydə alınıb.   

Xəbər lenti

Xəbər lenti