...

Özbəkistan birinci yarımildə neft hasilatını azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2008 19:47 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 01 avqust/ Trend , müxbir T. Jukov/ "Özbəkneftqaz" Milli Holdinq Şirkəti (MHŞ) 2008 - ci ilin birinci yarısının yekunlarına əsasən, maye karbohidrogen hasilatını azaldıb. Bu barədə Trend -ın Daşkənddəki xüsusi müxbiri məlumat verib.

2008-ci ilin yanvar-iyununda holdinqin bölmələri 2,417 mln. ton maye karbohidrogen (qaz kondesatı daxil olmaqla, neft) hasil ediblər ki, bu da 2007-ci ilin birinci yarımili ilə müqayisədə 5,1 faiz azdır. Bu barədə respublikanın Dövlət Statistika Komitəsindən Trend -a məlumat veriblər.

Özbəkistanın Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, qaz kondensatı istehsalı 20,4 faiz - 1,096 mln. tonadək artıb, neft hasilatı isə 19,3 faiz - 1,321 mln. tonadək azalıb.

Altı ay ərzində 727,9 min ton benzin (artım 3,9 faiz), kerosin - 171,7 min ton (artım 0,9 faiz), dizel yanacağı - 616,1 min ton (azalma 13,1 faiz), soba mazutu - 265,4 min ton (azalma 32,2 faiz), neft bitumu - 109,2 min ton (azalma 3,5 faiz), karbohidrogen mayeləşdirilmiş qaz - 120,6 min ton (artım 7,5 faiz) istehsal edilib.

Özbəkistanın Dövlət Statistika Komtiəsi təbii qaz hasilatına dair məlumatları açıqlamır. "Özbəkneftqaz" MHŞ-in mətbuat xidmətindən bildiriblər ki, bu il Özbəkistan təbii qaz hasilatını 62,74 mlrd. kubmetrdən 65 mlrd. kubmetrədək artırmağı planlaşdırır. 2007- ci ilin yekunlarına görə, "Özbəkneftqaz" MHŞ maye karbohidrogen hasilatını, 2006 - cı illə müqayisədə, 9 faiz - 4,928 mlrd. kubmetrədək azaldıb.

Özbəkistanın neft holdinqinin məlumatlarına əsasən, hazırda bütün Özbəkistan ərazisində 212 karbohidrogen xammalı yatağı açılıb. Onlardan 113 qaz və qaz-kondesat, 99 neft-qaz-kondesat yatağıdır. Açılmış yataqlardan 52 faizi işlənilir, 35 faizi mənimsənilməyə hazırlanır, qalanlarında isə, kəşfiyyat işləri davam edir.

"Özbəkneftqaz" MHŞ Özbəkistanın neft-qaz kompleksinin inhisarçı operatorudur. Holdinq 1998 - ci ildə yaradılıb və hazırda altı səhmdar şirkəti birləşdirir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti