...

Azərbaycan-İran şirkəti sığorta fəaliyyətini dayandırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2008 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust/ Trend , müxbir Ü.İsmayılova/ Birgə Azərbaycan-İran sığorta şirkəti Azer-Asia sığortaçı və şirkət əməkdaşları qarşısında borcunu qaytarmaq üçün təsisçilərindən 300 min manat istəyib, - şirkətin İdarə Heyətinin sədri Qəmbər Suvanverdiyev bazar ertəsi bildirib.

"Tərəflərin şirkətin kapitalında iştirak paylarına əsasən, borcun 51 faizini azərbaycanlı təsisçi, 49 faizini isə Azer-Asia-nın iranli təsisçisi ayıracaq", - Suvanverdiyev bildirib.

Maliyyə Nazirliyi fevralda Azer-Asia-nın sığorta fəaliyyəti göstərməsinə dair 2002-ci il noyabrın 21- də verilmiş lisenziyanın müddətini uzatmaqdan imtina edib. Rədd cavabı üçün əsas 2006 - cı ilin oktyabrından 2007 -ci ilin oktyabrınadək olan dövrdə şirkətin fəaliyyətinin sığorta qanunvericiliyi və lisenziyanın tələblərinə uyğunluğu təhlilinin nəticələri olub. Yoxlama zamanı nöqsanlar aşkar edilib.

Suvanverdiyev bildirib ki, şirkət artıq portfelin 50 faizini satıb və bu barədə şirkətin fəaliyyəti dayandırıldıqdan sonra elan verilib. Qapanma dövründə şirkətin təqribən 17 min fiziki və 60 korporativ müştərisi olub ki, onlar da bu barədə məlumatlandırılıblar.

Suvanverdiyev bildirib ki, təsisçilərin avqustun sonunda keçirilən sonuncu iclasında Azer-Asia Səhmdar Cəmiyyətinin (sığorta sözü ləğv edilib) yaradılması barədə qərar qəbul edilib. Səhmdar Cəmiyyətin fəaliyyət növü Azer-Asia-nın borcu ilə əlaqədar məsələ həll olunduqdan sonra müəyyən ediləcək.

Təsisçilərinin İranın "Asiya Sıgorta" şirkəti (49 faiz) və "AzerSıgorta" dövlət kommersiya sığorta şirkəti (51 faiz) olduğu Azer-Asia sığorta şirkəti 1997- ci ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti