...

İl ərzində Azərbaycanda bank kreditləşməsi təxminən 85 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2008 20:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust/ Trend Cap , müxbir İ.Xəlilova/ İyulda Azərbaycan bankları iqtisadiyyatın kreditləşməsini 3,2 faiz, yanvar-iyulda isə, ötən ilin analoji dövrü ilə müqayisədə, 84,7 faiz artırıblar. Bu barədə cümə axşamı Azərbaycan Milli Bankından (AMB) məlumat veriblər. İyunda bank kreditləşməsinin artımı 1,69 faiz, mayda 16,2 faiz olub.

AMB-nin məlumatına görə, banklara 2008 - ci il avqustun 1-nə olan 6361,5 mln. manata (o cümlədən, 3448,6 mln. manat milli valyutada və 2912,9 mln. manat ADV-də) qarşı 2008-ci il avqustun 1-ə 3443,9 mln. manat (o cümlədən 1838,2 mln. manat milli valyutada və 1605,7 mln. manat ADV-də) ayrılıb. Ümumi portfeldən 109,3 mln. manat kreditin və borcun vaxtı ötüb. 2007-ci il aprelin 1-nə bu rəqəm 107,7 mln. manat təşkil edib. Vaxtı ötmüş kreditlərin statistikası Aqrarkredit qeyri-bank kredit təşkilatının analoji kreditlərini nəzərə almır.

Qısamüddətli kreditlər 2007- ci ilin avqustun 1-nə olan 1930,6 mln. manata (68,9 mln. manat vaxtı ötmüş borclar da daxil olmaqla) qarşı 1335 mln. manat (77,5 mln. manat vaxtı ötmüş borc) təşkil edib. Bu dövr ərzində qısa müddətli kreditləşmənin 30,6 faizi, kreditlərin vaxtının ötməsinin isə 42,8 faizi ADV-nin payına düşüb. Uzunmüddətli kreditləşmə 4430,9 mln. manat (40,4 mln. manat) təşkil edib. 2007-ci il avqustun 1-də bu rəqəm 2108,9 mln. manat (30,2 mln. manat) olub. Bu dövrdə uzunmüddətli kreditləşmənin 52,4 faizi, kreditlərin vaxtının ötməsinin isə 59,4 faizi ADV-nin payına düşüb.

2008 - ci il avqustun 1-nə iki dövlət bankı tərəfindən 2814,5 mln. manat (iyulda 2,2 faiz), özəl banklar tərəfindən isə 3387,2 mln. manat (3,5 faiz) kredit verilib.

Xarici kapitalın iştirak etdiyi bankların kredit portfeli avqustun əvvəlində, tamamilə əcnəbi bankların 1917,6 mln. manat (3,6 faiz) məbləğində kreditləri də daxil olmaqla, 303,7 3 mln. manat (4,8 faiz) təşkil edib.

Avqustun 28-nə olan rəsmi məzənnə 0,8132 AZN/USD-dır.

Xəbər lenti

Xəbər lenti