...

Gəncə-Moskva hava reysinin bu gün bərpa olunacağı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2008 20:02 (UTC +04:00)

Azərbaycan, Gəncə, 12 sentyabr / Trend , müxbir V.Məmmədov/ Rusiyanın "Domodedovo" hava şirkətinə məxsus olan Gəncə-Moskva-Narski hava reysi təxminən doqquz gündür ki, təxirə salınıb. Reysin bu gün bərpa olunacağına söz verilsə də, bu mümkün olmayıb. "Domodedovo" şirkətinin Gəncə şəhəri üzrə nümayəndəsi Eldəniz Səfərovun Trend -a verdiyi məlumata görə, reyslərin təxirə salınması texniki problemlərlə əlaqədardır. Səfərov bu gün axşam saatlarında reysin bərpa olunacağının gözlənildiyini bildirib.

Hazırda Gəncə beynəlxalq hava limanında 200-ə yaxın sərnişin reysin bərpa olunacağını gözləyir. Onların arasında sentyabrın 4-5-nə bilet alanlar da var. Respublikanın Lənkəran, Masallı və digər bölgələrindən olan sərnişinlər arasında uşaq və yaşlılar üstünlük təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti