...

Azərbaycanda yoxsulluq probleminin makroiqtisadi stabilliyin təmin edilməsi ilə birgə həll edilməsi doğru addımdır – ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentybr / Trend / Dünyanın əksər ölkələrində yoxsulluq əsasən sosial çalarlara malikdir, Azərbaycanda isə bu, artıq çoxdandır ki, sosial-iqtisadi kateqoriya kimi müəyyən olunub. Bunun üçün yoxsulluq problemini makroiqtisadi stabilliyin təmin edilməsi ilə birgə həll etmək doğru addımdır.

Azərbaycan prezidenti İlham Əliyevin 15 sentyabr tarixli sərəncamı ilə 2008-2015-ci illərdə yoxsulluğun azaldılması və sabit inkişaf üzrə Dövlət Proqramı təsdiq olunub.

Proqram yoxsulluğun səviyyəsinin azaldılması və iqtisadiyyatın sabit inikşafının təmin edilməsi məqsədilə iqtisadiyyatın inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, bölgələrin inkişafı üzrə doqquz strateji vəzifə nəzərdə tutur.

Yoxsulluğun aradan qaldırılması problemi heç vaxt əhalinin gəlir səviyyəsinin qaldırılması hesabına həll edilmir. Bu tədbir sosial yoxsulluq və bərabərsizliyin aradan qaldırılmasına və probemin həllinə yönəlməyən müvəqqəti sosial manevrdir. Yoxsulluğu ailə və onun tərkibi, kənd və şəhər, təhsil və mədəniyyət, cinslər, sağlamlıq, tibbi xidmət, insan kapitalı, demoqrafik göstəricilər, səmərəli idarəçilik və infrastrukturun inkişafı ilə əlaqələndirmək lazımdır.

Yoxsulluğun azaldılması istiqamətində daha çox uğur iqtisadi artım və ticari genişlənmə yeni iş yerlərinin açılması, gəlirlərin artması və sosial stabilliyə səbəb olan insan kapitalının inkişfı, xüsusilə də yerli sahibkarlar üçün sağlam investisiya mühitinin yaradılması üzrə inadlı səylərlə üst-üstə düşən ölkələrdə əldə olunur. Tarix göstərir ki, məhz onlar ölkənin, özlərinin və sonrakı nəslin gələcəyinin əsas sərmayəçiləri olurlar.

2003-2005-ci illərdə Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının reallaşdırılması ölkədə 2005-ci ildə yoxsulluq səviyyəsinin 2002-ci ilin 46,7 faiz səviyyəsindən 29,3 faizədək azalmasına imkan yaradıb. 2007-ci ilin yekunu üzrə ölkədə yoxsulluq səviyyəsi 15,8 faizədək azalıb.

Azərbaycanda yoxsulluğun azalması üzrə statistika proqramı hazırlayanların bu problemi dərindən dərk etdiklərini bir daha sübut edir. Əsas məqsəd - ölkədə sabit və etibarlı iqtisadi artıma nail olmaq və bunun əsasında yoxsulluğu aradan qaldırmaqdan ibarətdir. Bununla yanaşı, nəzərə alınr ki, ölkədə müvafiq təhsil səviyyəsi, səhiyyəyə çıxış olmadan iqtisadi artım yoxsulluğun sürətlə azalmasına zəmant verimir.

Ölkə hökumətinin siyasi məqsədi 2010-2015-ci illərdə Azərbaycanda yoxsulluq anlayışının aradan qaldırılmasından ibarətdir.

Ellada Xankişiyeva, Trend -ın Analitika Mərkəzinin direktoru

Xəbər lenti

Xəbər lenti