...

Bakı Banklararası Valyuta Birjası oktyabrın 3 - nə olan ticarətin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2008 09:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, oktyabrın 3 - də USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8090 AZN təşkil edib, -Birjanın cümə günü yayılan məlumatında bildirilir.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8083 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 420 962 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0007 bənd düşüb və 0,8090 AZN təşkil edib.

BEST-in gündüz sessiyasinda USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 17 892 16 AZN təşkil edib. Gündüz sessiyasinin nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8090 AZN təşkil edib.

Hər iki sessiyasinin nəticələrinə görə ümumi həcm USD/AZN aləti üzrə $273 000 0 ABŞ dolları və ya 22 101 78 AZN təşkil edib.  Orta hesabla hər sövdələşmənin payına $682 500 düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən əqdlər bağlanılmayıb.

AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market -meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 16,14%,  ABŞ dolları üzrə isə, illik 17,00% təşkil edib.

Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti