...

Azərbaycanda pivə istehsalı üç dəfə artacaq -- "Baltika"nın rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2008 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ ""Baltika" pivə zavodu" ASC 2009 - cu ilin yayınadək Azərbaycanda "Baku - Castel"  zavodunun (Xırdalan pivə zavodu) yenidən təchiz edilməsinə  $20 mln. vəsait yatırmaq niyyətindədir", -- "Baltika"nın prezidenti Anton Artemyev pivə zavodunda sərmayə yatırımları planları ilə tanış olmaq məqsədilə bazar ertəsi Bakıda təşkil edilən mətbuat konfrasında bildirib.

"Yeni mövsümdə Azərbaycan bazarına yeni pivə məhsulu ilə çıxmaq məqsədilə sərmayələrin əsas həcmini gələn ilin ortalarınadək yatırmağa çalışacağıq, - Artemyev bildirib. - Bizim əsas missiyamız "Baltika" pivəsinin payını artırmaq yox, məhsulun keyfiyyətini yüksəltməkdir".

"Baltika" 2000 - ci ildən Azərbaycana pivə ixrac edir və idxal pivəsi seqmentində lider olaraq, yerli bazarın 3,5 faizini tutur. Artemyevin sözlərinə görə, hazırda "Baku - Castel"in Azərbaycan bazarında payı 74 faiz təşkil edir. Həm də nəzərə almaq lazımdır ki, şirkətin payının 70 faizi Xırdalan pivəsi, 4 faizi isə, "Baltika"nın məhsullarının hesabına formalaşır.

Şirkətin hesablamalarına əsasən, ötən il Azərbaycanda  adambaşına altı litr pivə istehlak edilib ki, bu da MDB (54 litr), Avropa (80 litr) ABŞ (təxminən 100 litr) üzrə orta göstəricidən çox aşağıdır. Yaxın üç ildə ölkədə illik pivə istehlakı 12-14 faiz artacaq.

"Əhalinin pivə məhsulundan az istifadə etməsinə baxmayaraq, Azərbaycanın seçilməsi bu ölkədəki perspektivlərlə bağlıdır, - Rusiyanın pivə zavodunun rəhbəri bildirib. - "Baku-Castel" pivə məhsuluna olan tələbatdan asılı olaraq, 2009-cu ildə Gürcüstan, Mərkəzi Asiya, istisna deyil ki, Rusiyaya da pivə ixrac etməyi planlaşdırır".

Azərbaycanın zavodunda 0,7 mln. giqalitr pivə istehsal edilir və bu həcmi ildə 2 mln. giqalitrədək artırmaq planlaşdırılır.

Braesseries Internationales Holding Eastern Ltd və ""Baltika" pivə zavodu" ASC arasında Azərbaycandakı "Baku - Castel" pivə zavodunun alınması haqqında saziş sentyabrda başa çatıb. Azərbaycanın pivə zavodunun səhm paketi $9,5 mln.- a alınıb.

2007 - ci ilin yekunlarına əsasən, şirkətin respublikada ixrac satışları 14 faiz, "Baltika" brendinin satışı isə, 17 faiz artıb. "Baltika" yerli pivə brendlərinin, xüsusilə də böyük tələbatın olduğu "Xırdalan" pivəsinin istehsalını saxlamağı planlaşdırır.

Bundan əlavə, zavodda "milli-ənənəvi", "arsenal-ənənəvi" pivənin, "Baltika - 3,5,7,9 pivələrinin istehsalı başlayacaq.

"Baltika" Rusiyanın doqquz regionunda 11 pivə zavodunu birləşdirir. Şirkətin əsas səhmdarı (Nizanamə kapitalının 85,6 faizi) - Baltic Beverages Holding-dir (BBH).

Baku Castel zavodu 2000 - ci ildə açılıb. O zaman onun gücü ildə 6 mln. dekalitr pivəyə təşkil edib və istehsalın 10 mln. dekalitrədək artırılması üçün imkanları olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti