...

Özbəkistan "Özbəkkömür" ASC-nin özəlləşdirilməsi üzrə tenderin müddətini uzadıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2008 17:39 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 14 oktyabr/ Trend , müxbir T.Jukov/ Özbəkistan hökuməti "Özbəkkömür" ASC-nin özəlləşdirilməsi üzrə tenderin müddətini uzatdığını elan edib,- TrendCapita l- ın Daşkənddəki xüsusi müxbiri xəbər verir.

"Tender təkliflərinin qəbulu 2008 - ci il noybrın 10 - da Daşkdən vaxtı ilə saat 12.00 - da başa çatır", - dövlət əmlakının əcnəbi sərmayədarlara satılması zamanı tender ticarətinin keçirilməsi üzrə Dövlət Komissiyasının məlumatında bildirilir. İlkin olaraq tender təkliflərini cari ilin avqustunda bitirmək planlaşdırılırdı.

Tenderin şərtlərinə müvafiq olaraq, səhmdar cəmiyyətin səhmlərinin 35,55 faizini əcnəbi sərmayədarlara satmaq planlaşdırılır. Paketin start qiyməti $30 mln. 579,8 mindir. Bundan əlavə, "Özbəkkömür" ASC - nin yeni həmsahibi üzərinə $232 mln. məbləğində əlavə sərmayə öhdəliklərio götürməlidir.

Şirkətin Təhlil və Marketinq İdarəsindən Trend - a bildirdiklərinə görə, hazırda ASC - nin səhmlərinin 51 faizi dövlətə məxsusdur, 5 faiz imtiyazlı səhmlərin (əmək kollektivinin payı), 44 faiz azad satışın payına düşür ki, bu səhmlərin 35,55 faizi tender ticarəti vasitəsilə əcnəbi sərmayədara satılacaq. "Özbəkkömür" ASC - nin Nizamnamə kapitalı 29,42 mlrd. özbək sumudur (təxminən $22 mln.).

"Özbəkkömür" Mərkəzi Asiyada kömürün hasilatı və emalı üzrə ən iri müəssisədir. Şirkət kömür və kaolinin hasilat və satışını həyata keçirir. Kömürün sənaye hasilatı üç yataqda aparılır - Anqren (Daşkənd əyaləti), Şarqun və Baysun (Surxandərya əyaləti). "Özbəkkömür" ASC hər il təxminən 3 mln. ton kömür hasil edir (2007- ci ildə 2,8 mln. ton). Əsas istehlakçısı respublikanın enerji sektorudur və ümumi istehlakın təxminən 85 faizi onun payına düşür.

Respublikanın Geologiya və Mineral Ehtiyatlar üzrə Dövlət Komitəsinin məlumatlarına əsasən, Özbəkistanın kəşf edilmiş kömür ehtiyatları 1,9 mlrd. ton, o cümlədən qonur kömür ehtiyatı - 1,853 mlrd. ton, daş kömür ehtiyatı - 47 mln. ton təşkil edir. Proqnoz ehtiyatları 5,7 mlrd. ton kömürdən çoxdur. Daş kömürün əsas kəşf edilmiş ehtiyatları Respublikanın cənub regionlarında - Surxandərya və Kaşkadərya əyalətlərində cəmləşib.

2007 - ci ildə hökumət 2007 - 2012 - ci illərdə kömür istehsalının yeniləşdirilməsi, texniki və texnoloji baxımdan yenidən təchiz edilməsi proqramını işləyib və təsdiq edib. Proqram Anqren yatağının - ölkənin ən iri kömür yatağının açıq üsulla işlənilməsinin inkişafı hesabına kömür hasilatının artımını təmin etməyə imkan verəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti