...

Azərbaycan və Koreya torpaq kadastrı sahəsində təcrübə mübadiləsi aparacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2008 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsi və Koreyanın Kadastr Xidməti Korporasiyası torpaq kadastrı sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər, - Dövlət Komitəsindən çərşənbə günü bildiriblər.

"Əməkdaşlıq mayda imzalanan hökumətlərarası Anlaşma Memorandumu çərçivəsində inkişaf etdiriləcək", - Dövlət Komitəsindən bildiriblər.

Koreyanın Kadastr Xidməti Korporasiyasının nümayəndə heyətinin ötən həftə Azərbaycanın Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsinə səfəri zamanı bu barədə razılıq əldə edilib.

Koreyanın nümayəndə heyəti Komitənin regionlardakı işi ilə, Koreyanın KOİCA (Korea Beynəlxalq Əməkdaşlıq Agentliyi) təşkilatının Azərbaycanda fəaliyyəti ilə tanış olub.

Görüşdə kadastr sahəsində birgə layihələr həyata keçirmək və kadastr sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə, Koreya və Azərbaycanda birgə treninqlərin təşkilini həyata keçirmək qərara alınıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti