...

Azərbaycanda pensiyaçılar üçün "Call-center" yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2008 19:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr / , müxbir Ü.İsmayılova/ Azərbaycan Dövlət Sosial Müdafiə Fondu ilk dəfə olaraq (ADSMF) "Call-center" yaradıb. Bu barədə cümə axşamı ADSMF- nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elman Babayev bildirib. Mərkəzlə 190 nömrəsi ilə əlaqə saxlamaq olar.

Babayevin sözlərinə görə, belə bir mərkəzin açılmasında əsas məqsəd ictimaiyyətlə əlaqələrin inkişafı və əhalinin sosial, sığorta və pensiya sistemi barədə suallarına operativ cavab verilməsindən ibarədir.

Sosial baxımdan sığortalananlar və pensiyaçılar icbari sosial sığorta, pensiya təminatı və fərdi uçotun təşkili barədə informasiya əldə edə bilərlər.

Telefon xidməti pulsuzdur və 24 saat işləyir.

ADSMF -nin məlumatına görə, Azərbaycanda 1,5 mln.- dan çox pensiyaçı var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti