Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbir N.İsmayılova/ Azərbaycanın Vergilər Nazirliyi həyata keçirdiyi operativ nəzarət tədbirləri nəticəsində əsasən, 956 vergi qanunvericiliyini pozması faktını aşkar aşkar edib. Tədbirlər 2008-ci il noyabrın 17-dən dekabrın 14-dək keçirilib, - nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.
Onların arasında 482 fakt nəqd hesablamaların aparılması qaydalarının pozulması ilə bağlı olub, 70 vergi ödəyicisi xarici valyutanın ödəmə vasitəsi kimi qəbul etmələri ilə əlaqədar ifşa edilib.
Yoxlamalar zamanı vergi orqanlarında uçota düşmədən fəaliyyət göstərən 125 vergi ödəyicisi aşkar edilib; 150 vergi ödəyicisi isə, xüsusi icazənin alınmasını tələb edən sahələrdə bu sənədsiz fəaliyyət göstərib.
Məlumatda deyilir ki, göstərilən dövr ərzində 69 vergi ödəyicisində əmək müqaviləsi bağlanılmadan işə cəlb edilən 74 fiziki şəxs aşkar edilib; 23 vergi ödəyicisi fərqləndirmə nişanları almadan sərnişin daşınmaları həyata keçirib; 33 şəxs isə ictimai yerlərdə valyuta alqı-satqısı əməliyyatları aparıb.
4 vergi ödəyicisində 128,5 manat dəyərində müvafiq nişanlanması olmayan 120 mal aşkarlanıb.
Dekabrın 22-nə olan cari mübadilə məzənnəsi -- 0,802 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]