Azərbaycan, Bakı, 29 dekabr/ Trend , müxbir Ü. İsmayılova/ İstehsal avadanlığı və daşınmaz əmlak lizinqi üzrə layihənin rəhbəri Emil Məmmədovun bazar ertəsi Trend - a bildirdiyinə görə, Azərbaycanın Unileasinq lizinq şirkəti Xaçmaz şəhərində tikilən pivə zavodu ücün zəruri avadanlığı gətirib.
Onun sözlərinə görə, artıq tikinti işləri tamamlanıb.Xarici mütəxəssislər avadanlığı quraşdırırlar.
Unileasinq tərəfindən alınan yeni avadanlıq Avropa standartlarına uyğundur və yüksək keyfiyyətli pivə istehsalına imkan verəcək. Plana əsasən, zavod 2009 - cu ilin birinci rübündə istifadəyə veriləcək. Unileasinq-in layihə cərcivəsində sərmayələri 1,5 mln. manat an çoxdur.
Müəlliflə əlaqə ünvanı: [email protected]