...

Türkmənistanda sənayenin inkişaf konsepsiyası hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2009 16:47 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 30 yanvar / Trend , müxbir E.Həsənov/

"Almaniyanın Goetzpartners şirkəti Aşqabadda tikinti materiallarının istehsalı,  toxuculuq, energetika və turizm sahələrinin inkişaf prinsipini təqdim edib", - cümə günü Türkmənistanın dövlət televiziyası xəbər verib.

Goetzpartners mütəxəssisləri Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədova və hökumət nümayəndələrinə tikinti materiallarının, sement, şüşə, metallurgiya sənayesinin, izolyasiya və dam örtüyü materialları sahələrinin inkişaf perspektivini təqdim ediblər.

Türkmənistanda elektrikə qənaət edən texnologiyalar əsasında elektroenergetikanın inkişafı üzrə uzunmüddətli plan da hazırlanır. Alman şirkəti günəş - termik elektrik stansiyalarının layihələrini, eləcə də fəaliyyətdə olan qaz - turbin elektrik stansiyalarının təkmilləşdiriliməsi planlarını da hazırlayıb.

Təqdimatda xüsusi yeri toxuculuq sahəsinin, hasilat infrastrukturunun təkmilləşməsi, yüksək səviyyəli mütəxəssislərin hazırlanması, müasir marketinq metodlarının tətbiqi hesabına dünya bazarında iştirakın genişləndirilməsi məsələsi tutub.

Aşqabad beynəlxalq hava limanının təkmilləşdirilməsi aspektlərinə toxunan Goetzpartners üç perspektivli layihə təqdim edib. Onlar həm fəaliyyətdə olan hava limanının yenidən qurulmasını, həm də yeni terminalların və infrastruktur obyektlərinin sərnişin axınının artımı, eləcə də müasir mühəndis və dizayner texnologiyalarının nəzərə alınması ilə tikitntisini özündə əks etdirir.
Bundan başqa, Goetzpartners-in rəhbərləri Xəzər dənizi sahilindəki "Avaza" milli turizm zonasında müxtəlif əyləncə mərkəzləri, akvapark və kazino tikintisinin məqsədəuyğunluğunu əsaslandırıb.

Almaniya şirkətinin başçısı Ştefan Getz bildirib ki, onun rəhbərlik etdiyi şirkət üçün bu gün dünyada "sərhədsiz imkanlar ölkəsi"  kimi tanınmış Türkmənistanın tərəfdaşı olmaq böyük qürurdur.

Öz növbəsində, prezident Berdıməhəmmədov qeyd edib ki, Türkmənistan əhalisinin  rifahını təmin etmək yalnız iqtisadiyyatın möhkəmləndirilməsi, mütəxəssislərin hazırlığının prinsipial yeni mərhələyə qaldırılması və ümumilikdə milli təhsil sisteminin inkişaf etdirilməsi ilə mümkündür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti