...

Gürcüstan hökumətinin özəl şirkətlərdə "qızıl payı" olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2009 19:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan hökuməti özəl şirkətlərdə dövlətin "qızıl pay"a sahib olmasını nəzərdə tutan yeni hüquq öhdəliklərinin yaradılması barədə düşünür. Bu barədə cümə günü iqtisadi inkişaf naziri Laşa Jvaniya bildirib.

Onun sözlərinə əsasən, hökumət dövlət və özəl şirkətlərin münasibətlərini "maliyyə təminatları deyil, əlavə hüquq təminatları" əsasında nizamlanmasını nəzərdə tutan qanun layihəsi hazırlayır.

"Bu onu nəzərdə tutur ki, dövlət özəl şirkətlərdə "qızıl pay"a sahib olacaq, yəni ölkədə fövqəladə vəziyyət yarandığı təqdirdə şirkətin idarə edilməsi avtomatik olaraq dövlətə keçir", - deyə Jvaniya bildirib.

Onun sözlərinə əsasən, qanun layihəsi hazırlanma mərhələsindədir və yaxın gələcəkdə ölkə parlamentinə çıxarılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti