Azərbaycan, Bakı, 19 may / Trend , müxbir N.İsmayılova /
Azərbaycanda aprel ayında "vahid pəncərə" sistemi vasitəsilə Britaniyanın elektroenergetika sahəsində fəaliyyət gösiərən R & M Electrical Group Ltd. şirkətinin filialı qeydiyyata alınıb. Bu barədə Vergilər Nazirliyinin məlumatında bildirilir.
Onun təsisçisi Böyük Britaniya vətəndaşı Rocer Heyes olub. Təşkilat vergi orqanlarında qeydiyyata 2009-cu il aprelin 10-da dayanıb.
R & M Electrical Group Ltd. 1987-ci ildə İngiltətə şəhəri Sauthemptonda yaradılıb. Şirkət Böyük Britaniyanın elektroenergetika sahəsində iri distribütorlardan biridir. Şirkətin baş ofislə yanaşı İngiltərədə doqquz təchizat şöbəsi və xaricdə - Azərbaycan və Qazaxıstanda iki şirkəti var.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]