Azərbaycan, Bakı, 22 may / Trend /
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov və İsveçrə Milli Bankının sədri Jan Pyer Rot əməkdaşlığın vacibliyi və perspektivlərini müzakirə ediblər.
Görüşdə qlobal maliyyə böhranı, onun dünya iqtisadiyyatına təsiri, Azərbaycanda böhrana qarşı həyata keçirilmiş preventiv tədbirlər və ölkədə maliyyə sabitliyinin təmin edilməsində Mərkəzi Bankın rolu müzakirə edilib.
Rot ölkədə aparılan iqtisadi islahatlar, Mərkəzi Bankın həyata keçirdiyi monetar siyasət və ümumilikdə böhranla mübarizə istiqamətində atılmış addımları yüksək qiymətləndirib.
Görüş zamanı əlaqələrin gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.