Azərbaycan, Bakı, 02 iyul / Trend /
Azərbaycan parlamenti çərşənbə axşamı miqrasiya proseslərinin tənzimlənməsi üçün "vahid pəncərə" sisteminin tətbiqi ilə əlaqədar qanunvericilik aktlarına edilən dəyişiklikləri təsdiqləyib.
"Ölkəyə giriş, çıxış və pasportlar " haqqında qanuna olan dəyişikliyə əsasən, Azərbaycanda müvəqətti yaşamaq və ya müddətin üç aya kimi uzadılması üçün icazənin alınmasına qoyulan dövlət rüsumu 30 manat, müddətin altı aya kimi uzadılması 60, bir ilə kimi 120, tələbələr üçün isə 40 manat müəyyən edilib. Azərbaycan ərazisində daimi yaşamaq və ya müddətin prolonqasiyası üçün icazənin dəyəri 300 manat, qeydiyyat vərəqəsinin verilməsi və müddətin uzadılması haqqında qərarın yenilənməsi dəyəri isə 10 manat təşkil edir.
Əvvəl 16 yaşından yuxarı vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin ölkədə daimi yaşaması üçün qeydiyyat vərəqəsinin alınması üçün 6 manat vahid məbləğ qoyulmuşdu.
Qanuna yeni maddə də əlavə edilib. Bu maddəyə əsasən, Azərbaycan ərazisində müvvəqqəti yaşama müddətinin 1 aya kimi uzadılması haqqında icazənin alınması üzrə dövlət rüsumu 30, bir aydan iki aya kimi 60, iki aydan üç aya kimi uzadılması 90 manat təşkil edir.
İyulun 1-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]