...

Bakıda tikinti materialları 1,5 faiz bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2009 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir N. İsmayılova /

İyunda Bakıda tikinti materialları bazarında qiymətlər 1,5 faiz bahalaşıb. Bu barədə bazar ertəsi "Əmlak bazarının iştirakçıları" ictimai təşkilatından məlumat verilib.

"Tikinti materiallarının qiymətinin bahalaşması neftin qiymətinin artması və dünya birjasında qiymət indeksinin yaxşılaşması ilə bağlıdır", - təşkilatın ekpertləri belə hesab edirlər.

İlin əvvəlində qiymətlər keçən ilin eyni dövründəki 43,4 faizə nisbətən 4,3 faiz enmişdi.

Ekspertlərin fikrincə, qiymətlərin artması yerli istehsal olan armaturların ("Bakı Steel Company" ) da yenidən bahalaşmasına təsir edib. Qiymətlərin qalxması müvəqqəti xarakter daşımır. Zavodun ehtiyat xammalı 6 min tondur, bu da fasiləli iş qrafiki ilə belə 10 günlük istehsal üçün kifayətdir.

Təşkilatın ekspertləri hesab edirlər ki, qiymətlərin artmasına baxmayaraq, bazarda tələbat xeyli aşağıdır.

Keçən ay qiymətlərin artması 12 növ tikinti materialına aid olub. 58 növdə qiymətlər sabit qalıb, 19 növdə isə ucuzlaşma müşahidə olunub.

Ötən ay 38 adda və 87 müxtəlif növdə olan tikinti materialları arasında monitorinq keçirilib. Bazarda yerli istehsal olan materialların payı 52,9 faiz təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti