...

Azərbaycandakı miqrantlarda "donuz qripi" aşkar edilməyib - Dövlət Xidməti

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2009 14:11 (UTC +04:00)
Azərbaycanın Dövlət Miqrasiya Xidməti miqrantlar, eyni zamanda əmək miqrantları arasında "donuz qripi" (A/H1/N1) virusuna yoluxma faktı aşkar etməyib. Bu barədə cümə günü Dövlət Xidmətindən bildirilib.
Azərbaycandakı miqrantlarda "donuz qripi" aşkar edilməyib - Dövlət Xidməti

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir U.ismayılova /

Azərbaycanın Dövlət Miqrasiya Xidməti miqrantlar, eyni zamanda əmək miqrantları arasında "donuz qripi" (A/H1/N1) virusuna yoluxma faktı aşkar etməyib. Bu barədə cümə günü Dövlət Xidmətindən bildirilib.

"Azərbaycanda bütün miqrantlar, eyni zamanda əmək miqrantları ölkə ərazisində yaşamaq üzrə müvəqqəti və daimi icazənin alınması üçün yaşadıqları ərazilərdəki poliklinikalardan sağlamlıq haqqında ərizə alır ", - Dövlət Xidmətindən bildirilib.

Dövlət Xidmətin nümayəndəsinin sözlərinə əsasən, bu kimi faktların aşkar olunması halında Dövlət Xidməti ölkənin Səhiyyə Nazirliyinə yoluxma haqqında dərhal məlumat verəcək.

Azərbaycanda cümə axşamı  "donuz qripi" A/H1/N1 virusuna yoluxma üzrə ilk fakt aşkar edilib. Virusa yoluxma faktı Fransa (27 iyul) və Böyük Britaniyadan (29 iyul) səyahətdən qayıdan Bakı və Gəncə sakinlərində aşkar edilib. Xəstələrin vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir və onlar həkim nəzarəti altında müalicə kursu keçirlər. Xəstələrlə ünsiyyətdə olan şəxslərlə də bağlı profilaktik tədbirlər həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti