...

Azərbaycanda ilin birinci yarısında 930-dan çox investisiya layihəsi maliyyələşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2009 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir N.İsmayılova /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Yardım Milli Fondu cari ilin birinci yarısında 930-dan çox investisiya layihəsi maliyyələşdirib. Bu barədə cümə günü fondun icraçı dirketoru Şirzad Abdullayev deyib.

"Bu günədək fonda sahibkarlardan 1200-ə qədər investisiya layihəsi daxil olub. Onların 930-dan çoxu maliyyələşdirilib. Qalan layihələr isə təkrar baxışdadır", - Abdullayev deyib.

Onun sözlərinə görə, bəyənilmiş layihələrin maliyyələşməsinə 49,2 milyon manat yönəldilib.

"Fond eyni zamanda nəinki sahibkarlardan təşəbbüs gözləmək, hətta xüsusi təşəbbüslərin maliyyələşdirilməsi məsələsi ilə sahibkarlara müraciət etmək niyyətindədir", - o deyib.

2009-cu ildə fondun xətti ilə 130 milyon manat güzəştli kreditin verilməsi planlaşdırılır. Bunun 74 milyon manatı büdcə vəsaitinin, 56 milyon manatı isə əvvəl verilmiş kredit resurslarının payına düşür.

İyulun 31-nə olan cari məzənnə 0,8043 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti