...

Azərbaycanda yeddi ay ərzində 260-a yaxın qeyri-qanuni tikinti və torpaq ərazilərindən istifadə halları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2009 15:42 (UTC +04:00)
Cari ilin avqust 1-nə 11 minə yaxın dövlət təsisatının malik olduğu 120 min daşınmaz əmlak barədə məlumatlar dövlət əmlakının reyestrində qeydiyyata alınıb. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında deyilir.

Azərbaycan, Bakı, 05 avqust / Trend , müxbir N.İsmayılova /

Cari ilin avqust 1-nə 11 minə yaxın dövlət təsisatının malik olduğu 120 min daşınmaz əmlak barədə məlumatlar dövlət əmlakının reyestrində qeydiyyata alınıb. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında deyilir.

2009-cu ildə dövlət əmlakının reyestrinə 1600 müəssisə və təşkilatdan daşınmaz dövlət əmlakı barəsində baş vermiş dəyişikliklər haqqında qeydiyyat vərəqələri daxil olub və məlumat bazasında işlənilib.

Komitə tərəfindən nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərindən 330-ə yaxın balans hesabatı və 361 inventarlaşdırma aktı qəbul edilib. Komitənin idarəetməsində olan dövlət müəssisələrindən isə 181 balans hesabatı və 190-a yaxın inventarlaşdırma aktı qəbul edilib.

Dövlət əmlakının istifadə vəziyyətinin təhlili, faktiki vəziyyətinin müəyyən edilməsi, onun qorunub saxlanması və səmərəli istifadəsi, habelə bu sahədə nəzarətin gücləndirilməsinin təmin olunması məqsədilə dövlət müəssisə və təşkilatları tərəfindən 2008-ci ilin yekununa görə komitəyə 4700 ədəd "Dövlət əmlakının qorunub saxlanması və ondan istifadə vəziyyəti haqqında" illik xüsusi hesabat forması daxil olub və təhlil edilib.

Özəlləşdirmədən sonra alqı-satqı müqaviləsinin şərtlərinə əməl olunması və fəaliyyət profilinin saxlanması ilə bağlı özəlləşdirilmiş 70-ə yaxın sosial təyinatlı obyektdə monitorinqlər aparılıb.

2009-cu ilin yanvar-iyul aylarında 100 müəssisə və səhmdar cəmiyyətlərdə dövlət əmlakının durumunun müəyyən edilməsi, ondan istifadənin səmərəliliyi, həmçinin dövlət büdcəsinə dividentlərin ödənilməsinin yerinə yetirilməsi üzrə yoxlamalar aparılıb.

Bununla yanaşı, Bakı şəhəri, həmçinin respublikanın digər şəhər və rayonlarında monitorinqlərin keçirilməsi davam etdirilib və ümumilikdə 260-a yaxın müəssisə və obyektin torpaq sahələrindən təyinatı üzrə istifadə edilməməsi və qeyri-qanuni tikinti işlərinin aparılması halları aşkar edilib.

Avqustun 05-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti