...

"Buket" gəmisinin kapitanı həbs edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2009 19:33 (UTC +04:00)

Poti məhkəməsi Panama bayrağı altında üzən "Buket" gəmisinin kapitanı barədə ilkin cəza kimi iki aylıq həbs qərarı verib. Bununla məhkəmə sərhəd polisinin iddiasını təmin edib.

Gəmi dünən ölkənin dövlət sərhədinin dəfələrlə qeyri-qanuni keçilməsi və işğal olunmuş əraziyə daxil olmaq qaydalarının pozulması faktı səbəbindən saxlanılıb.

Tanker türk limanından Suxumiyə istiqamət alıb. Onun göyərtəsində 2000 ton benzin və 700 ton dizel yanacağı olub. Bu yanacaq kontrabanda yolu ilə Abxaziya Muxtar Respublikasına çatdırılmalı imiş. "Buket" saxlanılıb və sahil xidmətinin məskunlaşma bazası olan Poti limanına aparılıb.

Gəmi ekipajı 17 nəfərdən ibarətdir. Onlardan 13-ü Türkiyə, dördü Azərbaycan vətəndaşıdır. Ekipaj hələ ki, gəmidədir, ancaq gürcü qanunlarına uyğun olaraq o, müsadirə olunacaq və hərracda satılacaq.

Xəbər lenti

Xəbər lenti