Azərbaycan, Bakı, 20 avqust / Trend /
"31 avqust 2009-cu il tarixindən etibarən Bakı Fond Birjasında (BFB) "Başak İnam Sığorta Şirkəti" ASC-nin adi, adlı, sənədli səhmlərinin yerləşdirilməsinə başlanılacaq", - BFB-nin cümə axşamı yayılan məlumatında deyilir.
Emissiyanın həcmi 1.000.000 AZN təşkil edir, bir səhmin nominal dəyəri 200 AZN-dir.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəs ilə keçiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində çıxış edən təşkilat "Çelsi Kapital MMC-dir.
Səhmləri əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.
1996-cı ildən fəaliyyət göstərən "Başak İnam" birgə sığorta şirkəti 31 növ sığorta xidməti göstərir. Şirkətin nizamnamə kapitalı bir milyon manatdır.
"Başak İnam" 1996-cı ildə, kapitalda Türkiyənin "Başak" sığorta şirkətinin 49 faizlik iştirakı ilə yaradılıb. "Başak İnam" birgə sıorta şirkətidir. Onun səhmdarları sırasına Fransanın Groupama sərmayə korporasiyası daxildir. Bu şirkət 2006-cı ildə "Başak" şirkətinin kapitalında 60 faizlik payı almaqla "Başak İnam"ın səhmdarına çevrilib.
Avqustun 20-nə olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.