...

Bakı mağazalarında 6,95 min ədəd sertifikatlaşdırılmamış uşaq oyuncaqları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2009 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin istehlak bazarlarında keçirdiyi monitorinq zamanı 550 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə cümə günü nazirlikdən yayılan məlumatda deyilir.

Monitorinqlər Bakının Xətai və Nizami rayonlarında, həmçinin Sumqayıt, Şəmkir və Qubada keçirilib.

Pərakəndə satışla məşğul olan obyektlərdən istifadə müddəti ötmüş kolbasalar, qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, balıq, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları və s. aşkar olunaraq satışdan çıxarılıb.

Bakının Xətai rayonundakı ticarət obyektində 20 kiloqram istehsalçısı bəlli olmayan və saxlanma müddəti göstərilməyən ərzaq məhsulları satışdan çıxarılıb.

Bakının Qaradağ rayonundakı iki mağazada bu məhsullardan əlavə, 6,95 min ədəd sertifikatlaşdırılmamış uşaq oyuncaqları aşkar edilərək satışdan çıxarılıb və laborator müayinəyə göndərilib.

Bir hüquqi və 14 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib.

Ümumiyyətlə, Azərbaycan Prezidentin göstərişi ilə 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" qanun qüvvəyə mindikdən sonra 47 hüquqi şəxsə 181 min manat, 390 fiziki şəxsə 584,5 min manat cərimə tətbiq olunub.

Monitorinqlər davam etdirilir.

Sentyabrın 11-nə olan rəsmi məzannə 0,8033 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected].

Xəbər lenti

Xəbər lenti