...

HR-mütəxəssis Praktik Məktəbinin ikinci qəbuluna start verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2009 17:18 (UTC +04:00)

"Alyans Qrup" şirkəti "Grow" şirkəti ilə tərəfdaş olaraq Moskva Biznes Məktəbinin aparıcı məsləhətçilərinin dəstəyi ilə HR-mütəxəssis Praktik Məktəbinə ikinci dinləyici qəbulunu elan edir.

"Alyans Qrup" şirkəti "Grow" şirkəti ilə tərəfdaş olaraq Moskva Biznes Məktəbinin aparıcı məsləhətçilərinin dəstəyi ilə yaradımış HR Məktəb öz qapılarını yeni dinləyicilərə açır. Məktəbin ikinci buraxılışının bu günlərdə keçiriləcək rəsmi açılışında təqdimat mərasiminin iştirakçıları təşkilatçılardan və Məktəbin treynerlərindən onları maraqlandıran suallara cavab ala bilərlər. Bunun üçün prezentasiyaya xüsusi olaraq Rusiyadan Məktəbin baş məsləhətçisi, personalın idarə edilməsi sahəsində aparıcı mütəxəssis Yelena Şulginanın dəvət ediləcəyi gözlənilir.

Məktəb çərçivəsində iştirakçılar personalın idarə olunması sisteminin əsasları, xüsusilə də "Kadr kargüzarlığı", "Personal seçim", "Əməkdaşların adaptasiyası", "Personalın qiymətləndirilməsi və inkişafı", "Personalın təlimi", "Korporativ mədəniyyət", "HR-də büdcələşdirmə" və "Əməkdaşların motivasiyası" ilə tanış ola bilərlər. Məktəb təşəkkül və ya personalın mütəşəkkil idarə olunmasına keçid mərhələsində olan şirkət mütəxəssisləri, ixtisasını artırmaq və ya peşəsini dəyişmək arzusunda olan HR-xidmət mütəxəssisləri, eləcə də yeni başlayan HR-mütəxəssislər üçün istiqamətləndirilib. 100 saat təlim və qrup konsaltinqi, eləcə də 8 saat fərdi konsaltinq ərzində Məktəbin dinləyiciləri iş prosesindən kənarlaşmayaraq, öyrənmək, HR-vasitələrinin hazırlanması, tətbiqi və inkişafı üzrə məsləhətlər almaq, personalın effektli idarə olunmasını həyata keçirmək üçün lazım olan formalar, sxemlər, modellər, sorğu vərəqələri, sənədlər standartı almaq imkanı əldə edəcəklər.

"Alyans Qrup" şirkətinin "Grow" şirkəti ilə tərəfdaş olaraq Moskva Biznes Məktəbinin aparıcı məsləhətçilərinin dəstəyi ilə yaratdığı HR Məktəb ilk dəfə öz qapılarını ilk dinləyicilər üçün 2 fevral 2009-cu ildə açıb. İlk qəbul çərçivəsində 13 şirkətdən 20-dən çox nümayəndə təlim keçib və imtahanın uğurla verilməsi ilə bağlı diplom alıb. Təlimin yekunlarına görə Məktəbin təşkilatçıları tərəfindən Azərbaycanda ilk dəfə personalın idarə edilməsi mütəxəssislərinin Moskvada peşəkar təcrübə keçməsi təşkil edilib. Təcrübə zamanı yerli mütəxəssislər Rusiyanın aparıcı treynerləri və şirkətləri ilə görüşmək və Rusiyanın personalın idarəetmə sisteminin təcrübəsi ilə tanış olmaq imkanı əldə ediblər.

Cümə axşamı, sentyabrın 17-də, saat 18.00-da baş məsləhətçi Yelena Şulqinanın iştirakı ilə Məktəbin prezentasiyası keçiriləcək. Prezentasiyanın keçirilmə yeri "Alyans Qrup"un treninq mərkəzidir.

Əlavə informasiya lazım olan zaman müraciət etmək xahiş olunur: koordinator Səbinə Mirsöyünova.

"Alyans Qrup" şirkəti, Bakı şəh., Koroğlu Rəhimov küç., 13A, ABU siti, Odlar Yurdu Universitetinin yaxınlığı.

Tel.: +994 12 465 00 36/37/38

www.allianzgroup.az

[email protected]

Xəbər lenti

Xəbər lenti