...

Azərbaycanda Xəzər Həftəsi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2009 11:05 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən, 1978-ci ildən etibarən hər il sentyabrın son həftəsi Beynəlxalq dəniz günü kimi qeyd olunur. Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sentyabrın 23-dən 30-na kimi Xəzər Həftəsi elan olunub.
Azərbaycanda Xəzər Həftəsi keçirilib

Azərbaycan, Bakı, 01 oktyabr / Trend /

Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən, 1978-ci ildən etibarən hər il sentyabrın son həftəsi Beynəlxalq dəniz günü kimi qeyd olunur. Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sentyabrın 23-dən 30-na kimi Xəzər Həftəsi elan olunub.

Xəzər Həftəsi çərçivəsində bələdiyyə, təhsil müəssisələri və digər təşkilatların nümayəndələrinin iştirakı ilə iməcliklər, "dəyirmi masalar" və digər aksiyalar keçirilib, bu barədə "Təmiz Şəhər" ASC-nin məlumatında deyilir. Xəzər Həftəsinin keçirilməsinin əsas məqsədi ictimaiyyətin geniş təbəqələrinin diqqətini dənizin və onun bioresurslarının mühafizəsinə cəlb etmək olub.

Həftə çərçivəsində sentyabrın 30-da Şüvəlan qəsəbəsinin çimərliklərindən birində "Təmiz Şəhər" ASC çimərlik ərazisini məişət tullantılarından təmizləməyə kömək edən Bakının 50 məktəblisinin iştirakı ilə "Şəhərin təmizliyi hər birimizdən asılıdır" aksiyası keçirib. Ətraf mühitin mühafizəsi və bərk məişət tullantılarından istifadə edilməsi prosesinin ekologiyaya bilavasitə təsiri sahəsində uşaqların bilik səviyyəsinin artırılması məqsədilə "Təmiz Şəhər" ASC aksiya çərçivəsində uşaqları məlumatlandırıb.

Aksiya iştirakçıları ekoloji-maarifləndirmə oyununda iştirak edib və oyunda iştirak edən məktəblilər "Təmiz Şəhər" ASC -nin hədiyyələri ilə mükafatlandırılıb. ASC rəhbərliyi bu kimi aksiyaların gələcəkdə də keçirilməsinin vacibliyini qeyd edib və uşaqlara aksiya zamanı əldə olunan bilikləri gündəlik məişət həyatında da istifadə etməyə çağırıb. Aksiyanın keçirilməsinə dəstəyi "Ekosfera" sosial-ekoloji mərkəz göstərib.

"Təmiz Şəhər" ASC ölkə prezidenti tərəfindən 2006-cı ilin sentyabrın 28-də təsdiqlənən Azərbaycan Respublikasının 2006-2010-cu illərdə ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə Kompleks tədbirlər planının icrası və 2008-ci ilin avqustun 6-da imzalanan "Bakı şəhərinin bərk məişət tullantılarının idarəedilməsinin təkmilləşdirilməsi haqqında" fərmanı çərçivəsində yaradılıb. Fərmana əsasən, "Təmiz Şəhər" ASC-yə Bakı şəhərində müasir standartlara uyğun olaraq bütün növ məişət tullantılarının istifadəsi üzrə işlərin həyata keçirilməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti