...

Azərbaycan bankı Unibank "Hər kəsə Hədiyyə" kampaniyasına start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2009 19:16 (UTC +04:00)
Noyabrın 1-dən "Unibank"-da 6 aydan 24 ayadək müddətli depozit açan bütün əmanətçilər üçün "Hər kəsə hədiyyə" kampaniyası start götürür.
Azərbaycan bankı Unibank "Hər kəsə Hədiyyə" kampaniyasına start verib

Azərbaycan, Bakı, 30 oktyabr / Trend /

Noyabrın 1-dən "Unibank"-da 6 aydan 24 ayadək müddətli depozit açan bütün əmanətçilər üçün "Hər kəsə hədiyyə" kampaniyası start götürür.

Artıq Bankın "Müddətli" depozitinə vəsait yerləşdirən müştərilər öz əmanətlərinin hər min manatı üçün onun 1%-i məbləğində hədiyyələr seçə biləcəklər. Kampaniyanın qüvvədə olduğu müddətdə - 2009-cu il noyabrın 2-dən 2010-cu il fevralın 28-dək - hər bir "Müddətli" depozit əmanətçisi 1000 manata qədər məbləğdə hədiyyələr əldə edə biləcək. Bu zaman depozitə:

- 1 000 AZN-dən 3 999 AZN-ə qədər məbləğ yatırmış əmanətçi mobil telefon üçün kontur kartları əldə edəcək;

- 4000 AZN-dən 99 999 AZN-ə qədər məbləğ yatırmış əmanətçi "BEKO", "MOBİTEL", "DNS","SABİNA", "MAJORIСA" mağaza şəbəkələrində, habelə geyim və ayaqqabı satışı üzrə "CAMEL ACTİVE", "TOM TAİLOR", "SALAMANDER", "STEFANEL" və "BALDİNİNİ" mağazalarında malların əldə edilməsi üçün, əmanətinin hər min manatı üçün onun 1%-i məbləğində hədiyyə kuponu əldə edəcək;

- 100 000 AZN və bundan çox məbləğdə pul yerləşdirən əmanətçilər isə, hədiyyə olaraq, daha bir "МС PLATİNUM" plastik kartını və kart hesablarına 1000 AZN alacaqlar.

Eyni zamanda, bir neçə müddətli depozit açıldığı halda, "Unibank"ın müştəriləri onlar tərəfindən yerləşdirən əmanətlərin məcmu məbləğinə müvafiq miqdarda hədiyyələr alacaqlar. Əgər əmanətlər müxtəlif valyutalarda açılmışdırlarsa, onda məcmu məbləğ, Mərkəzi Bank tərəfindən müəyyən edilən məzənnəyə əsasən, Azərbaycan manatı ilə hesablanır.

"Başlayacağımız kampaniya çərçivəsində müştərilərimizi, bu dəfə onların özlərinin seçəcəkləri xüsusi hədiyyələrlə mükafatlandıracağıq", - deyə "Unibank"ın Pərakəndə biznesin inkişafı üzrə Supervayzeri Güney Axundova qeyd deyib.

Onun sözlərinə görə, hədiyyələrdən əlavə, "Unibank" əmanətçilərə depozitlərin bütün çeşidləri üzrə, özü də eyni zamanda üç valyutada - AZN-də, ABŞ dollarında və AVRO-da, ən optimal faiz dərəcələrini təklif edir.

"Əminəm ki, əmanətçilər "Unibank"da yerləşdikləri əmanətlərin müxtəlifliyini və faydalı olmasını layiqincə qiymətləndirəcəklər", - deyə Axundova vurğulayıb.

Qeyd etmək lazımdır ki, bütün "Müddətli" depozit əmanətçiləri öz vəsaitlərini aşağıdakı faiz dərəcələri ilə sərfəli şəkildə yerləşdirə bilərlər:

Depozit müddəti

Hesablanan faizlər

Ayda bir dəfə

Yarım ildə bir dəfə

İldə bir dəfə

Depozit müddətinin onunda

AZN

USD

EUR

AZN

USD

EUR

AZN

USD

EUR

AZN

USD

EUR

6 aylıq

12

12

-

-

-

-

-

-

-

12,6

12,6

-

12 aylıq

14

14

9

14,5

14,5

9,2

-

-

-

15

15

9,4

18 aylıq

14,5

14,5

9

14,8

14,8

9,2

-

-

-

16

16

9,6

24 aylıq

15

15

9

15,5

15,5

9,2

16

16

9,4

17

17

9,8

"Unibank" 2007-ci il iyul ayının 30-dan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (AƏSF) üzvüdür. Oktyabr ayının əvvəli üçün Bankın depozit portfeli bütövlükdə 100 milyon AZN-ə yaxın məbləğ təşkil edib. Bu zaman, son altı ay ərzində əhalinin "Unibank"da açdığı əmanətlərin həcmi 18,4% artıb.

30 oktyabra olan cari məzənnə 0,8032 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti