...

Bakının təkrar mənzil bazarında təkliflərin həcmi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2009 10:30 (UTC +04:00)

Azərbaycan, Bakı,10 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Sentyabrda Bakının təkrar mənzil bazarında qiymətlər 0,2 faiz azalaraq bir kvadratmetrə görə 1,288 min dollar olub. Avqustda bu göstərici 1,282 min dollar olub. Bu barədə "Əmlak bazarı iştirakçıları" İctimai Birliyindən çərşənbə axşamı verilən məlumatda deyilir.

Sentyabrda təkrar mənzil bazarında mənzillərin orta qiyməti 115,561 min dollar (iyul ayı ilə müqayisədə 4 faiz çox), otaqların orta qiyməti - 47,361 min dollar (2 faiz az) təşkil edib. Sentyabrda orta otaq göstəricisi 2,44 olub (6,1 faiz çox).

Bazarda təklif edilən orta qiymətdən aşağı olan mənzillər 55,5 faiz təşkil edib. Avqustda bu göstərici 56 faiz olub. Orta qiymətlərin əhəmiyyətli dərəcədə artımı Səbail rayonunda (10 faiz) müşahidə edilib. Qiymətlər əsasən Səbail və Sabunçu rayonılarında (1 faiz), ən çox azalma İsə Qaradağ rayonunda (11,8 faiz) müşahidə edilib.

Sentyabrda təkrar mənzil bazarında yeni tikililərin payı 58,7 faiz təşkil edib. Leninqrad layihəli - 17,2 faiz, "stalinka" layihəli - 7,4 faiz, eksperimental layihəli - 7,9 faiz, "xruşovka" layihəli - 4,1 faiz, arxitektur layihəli - 2,2 faiz, Kiyev layihəli 2,6 faiz, alman layihəli - 1 faiz, fransız layihəli - 2 faiz, Minsk layihəli - 1,7 faiz, italyan layihəli mənzillərin payı isə 0,6 faiz olub.

Təkrar bazar porfelinin əsas hissəsini Yasamal (28,2 faiz), Nərimanov (14,8 faiz) və Xətai rayonlarındakı (12,1 faiz) mənzillər təşkil edib. Bu mənzillər təkrar bazar portfelinin 78,1 faizini təşkil edib.

Alış-satış üzrə bağlanan sövdələşmələrin dinamikasında da 0,7 faizlik artım müşahidə edilib. Bazarda təkliflər 8,3 faiz artıb. Əmlakın ekspozisiya müddəti 6 gün artaraq 108 günə çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti