...

Azərbaycanda noyabr ayında vergi qanunvericiliyinin pozulması üzrə 1500-dən çox fakt aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2009 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı. 5 dekabr / Trend , müxbir N. İsmayılova/

Azərbaycan Vergilər Nazirliyinin apardığı operativ nəzarət tədbirlərinin yekununa əsasən, noyabr ayında 1592 vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması faktı aşkar edilib, nazirliyin məlumatında deyilir.

Həmin dövr ərzində 819 nəfər vergi ödəyicisi nəğd hesablamaların tətbiq edilməsi qaydalarını pozub, xarici valyutanın ödəmə vasitəsi kimi qəbul edilməsinə dair 100 fakt aşkar edilib. Keçirilən tədbirlər nəticəsində vergi orqanlarında qeydiyyatdan keçmədən fəaliyyət göstərən 201, xüsusi icazə alınması tələb olunan sahələrdə xüsusi icazəsiz fəaliyət həyata keçirən 198 vergi ödəyicisi aşkar edilib.

65 vergi ödəyicisində operativ nəzarət tədbiri zamanı əmək müqaviləsi bağlanılmamış işə cəlb edilən 96 fiziki şəxsin çalışdığı aşkar edilib. 199 vergi ödəyicisi tərəfindən isə fərqləndirici nişanlar olmadan sərnişin daşınması həyata keçirilib.

С целью контроля над применением акцизных марок у 10 налогоплательщиков выявлено без соответствующей маркировки 116 товаров стоимостью в 137,4 манатов.

Aksiz markalarının tətbiq olunmasına nəzarət məqsədi ilə 10 vergi ödəyicisində 137,4 manat dəyərində müvafiq markasız 116 mal aşkar edilib.

Dekabrın 5-nə rəsmi məzənnə 0,8026 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti