...

Azərbaycan bankı Accessbank kredit cəlb edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2009 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycan bankı Accessbank və Avropa Yenidənqurma və İnkişaf Bankı çərşənbə axşamı 10 milyon dollarlıq kredit razılaşması imzalayacaqlar, bazar ertəsi AccessBank-dan deyilib.

"Banka sintetik kredit ayrılacaq, beləliklə AYİB tərəfindən ayrılan 10 milyon dollar banka manat ekvivalentində 8 milyon manat olaraq qaytarılacaq", - bankdan deyilib.

Bankdan verilən məlumata görə, kredit 4 il müddətinə veriləcək və bu vəsait kiçik və orta sahibkarlığın kreditləşməsinə yönəldiləcək.

"Kredit razılaşmasının imzalanması dekabrın 8-də Londonda Azərbaycan investisiya sammitində olacaq, Müqaviləni Accessbank tərəfdən bankın baş meneceri Endryu Pospilovski imzalayacaq", - bankdan deyilib.

AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutlarına məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hər biri 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti