...

Azərbaycanda 6 ton saxta sement satışdan çıxardılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2009 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 noyabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı istehlak bazarında təxminən 130 kiloqram istifadı müddəti ötmüş ərzaq məhsulları aşkar edilərək satışdan çıxarılıb və məhv edilib. Bu barədə bazar ertəsi nazirliyin məlumatında deyilir.

Monitorinqlər Bakı şəhərinin Suraxanı, Binəqədi və Nərimanov rayonlarında və Gəncə şəhərində keçirilib.

Mağazalarda vaxtı ötmüş məhsullar - kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər, pivə, meyvə şirələri, makaron məmulatları, çay aşkar edilib.

Yoxlamalar zamanı Göygöl rayonunda tikinti materialları mağazasında 6 ton saxta sement aşkar olunub və satışdan çıxardılıb.

İstehlakçı hüquqlarını pozan fiziki və hüquqi şəxslərə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib.

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı, onların saxlama müddətinə, etiketlənməsinə diqqət yetirməyi tövsiyə edir.

Məqalə müəllifi ilə əlqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti