...

Bakı hava limanı bir neçə beynəlxalq reys həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2010 18:08 (UTC +04:00)
Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı əvvəlcə hava şəraitinin pis olması səbəbindən təxirə salınan aviareyslərin göndərilməsinə başlayıb. Bu barədə cümə günü "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) məlumat verilib.
Bakı hava limanı bir neçə beynəlxalq reys həyata keçirib

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir E.İsmayılov/

Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı əvvəlcə hava şəraitinin pis olması səbəbindən təxirə salınan aviareyslərin göndərilməsinə başlayıb. Bu barədə cümə günü "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) məlumat verilib.

"Təyyarələrin göndərilməsinə artıq başlanılıb və hələlik davam edir", - AZAL-dan deyilib.

QSC-dən bildiriblər ki, "Bakı-London", "Bakı-İstanbul" təyyarələri artıq uçublar, "Bakı-Dubay" reysinin uçuşu gözlənilir.

Hava limanı "Sankt-Peterburq - Bakı", "Moskva-Bakı", "Urumçi-Bakı" reyslərini qəbul edib.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, əvvəlcə Azərbaycan paytaxtındakı pis hava şəraiti ilə əlaqədar Gəncədə yerə enən "Urumçi-Bakı" marşrutu üzrə uçan təyyarəni də qəbul edib.

Xəbər lenti

Xəbər lenti