...

Azərbaycanda kəskin hava şəraiti ilə əlaqədar dəmiryol reysləri bir neçə saatlıq gecikmələrlə həyata keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2010 13:24 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC kəskin hava şəraiti ilə əlaqədar Azərbaycan ərazisində sürət məhdudiyyəti tətbiq etməkdə davam edir. Bu barədə şənbə günü QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Azərbaycanda kəskin hava şəraiti ilə əlaqədar dəmiryol reysləri bir neçə saatlıq gecikmələrlə həyata keçirilir

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC kəskin hava şəraiti ilə əlaqədar Azərbaycan ərazisində sürət məhdudiyyəti tətbiq etməkdə davam edir. Bu barədə şənbə günü QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

"Reyslər bir neçə saatlıq gecikmələrlə həyata keçirilir, xüsusilə də iki saatdan beş saatadək", - Əzməmmədov deyib.

Onun sözlərinə görə, reyslərdə müşahidə olunan gecikmələrin səbəbi yalnız cümə günü tətbiq edilən sürət məhdudiyyəti ilə deyil, həmçinin elektrik enerjisinin ötürülməsi ilə əlaqədardır.

"Bütün bunlara baxmayaraq, daxili və beynəlxalq reyslər təxirə salınmır", - Əzməmmədov deyib.

Xəbər lenti

Xəbər lenti