...

Əmrahbankın yeni strategiyasının uğurlu davamı

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2010 16:54 (UTC +04:00)
Əmrahbank 2008-ci ildən yeni strateji inkişaf planına əsasən inkişaf edir və 2010-cu ildə bankın inkişafında yeni mərhələ başlayır. Son iki ildə Əmrahbankın sürətli inkişafında açar rolunu bankın International Investment Bank (IIB) ilə strateji tərəfdaşlığı oynayıb. 2008-ci ildə IIB Əmrahbankın 49 faiz səhmlərini alıb.
Əmrahbankın yeni strategiyasının uğurlu davamı

Azərbaycan, Bakı, 11 mart / Trend /

Əmrahbank 2008-ci ildən yeni strateji inkişaf planına əsasən inkişaf edir və 2010-cu ildə bankın inkişafında yeni mərhələ başlayır. Son iki ildə Əmrahbankın sürətli inkişafında açar rolunu bankın International Investment Bank (IIB) ilə strateji tərəfdaşlığı oynayıb. 2008-ci ildə IIB Əmrahbankın 49 faiz səhmlərini alıb.

2009-cu ildə dünya maliyyə böhranının qızğın vaxtında Əmrahbank yüksək investisiya fəallığı göstərməkdə davam edib. Bank aktivləri 63,2 faiz, depozitini isə 26 faiz artırıb. 2009-cu ilin sonuna olan vəziyyətə görə, bankın müştərək aktivləri 100 milyon manatı ötüb.

Bununla yanaşı, bank 2009-cu ildə bankın yeni inkişaf səviyyəsinə keçməsinə istiqamətlənmiş bir sıra iri strateji layihələr həyata keçirməyə başlayıb. Bankın uzunmüddətli layihələri Temanos yeni proqram təminatına, uğurlu rebrendinq həyata keçirən korporativ idarəetmənin mükəmməlləşdirilməsinə, filial şəbəkəsinin restrukturizasiyasına, heyətin ixtisasının artırılmasına və İslam bankçılığı layihəsinin buraxılmasına qoşulub.

Bank OPEC Fund for International Development, İslam İnkişaf Bankı, Gulf Finance House kimi bir sıra beynəlxalq maliyyə institutları ilə uğurlu əməkdaşlığa başlayıb. Banka OPEC Fondunun Ticarət Maliyyələşdirilməsi, İslam Ticarət Maliyyələşdirilməsi Korporasiyası xətti cəlb olunub və onların yerli bazarda yerləşdirilməsinə başlanılıb.

Bankın inkişafında həyata keçirilən bütün uzunmüddətli investisiyalara baxmayaraq, Əmrahbank, 2009-cu ilin Azərbycanın bank sistemi üçün o qədər də əlverişli olmadığı bir vaxtda, ili 1,7 milyon manat həcmində mənfəətlə başa çatdırıb.

Həmçinin. 2010-cu il Əmrahbank üçün uğurla başlayıb. Son iki ay ərzində 3,6 milyon manat həcmində depozit cəlb olunub. Bu da sözsüz ki, əhalinin Əmrahbanka olan etibarının göstəricisidir. 2010-cu ildə Əmrahbank tərəfindən 8,6 milyon manat həcmində kredit verilib və bank kreditləşmə həcmini genişləndirməkdə davam edir.

Əmrahbank ölkədə ən geniş filial şəbəkəsinə malik banklardan biridir. Bu gün bankın 23 fəaliyyətdə olan filialı və iki şöbəsi var. 2009-cu ilin son rübündə Əmrahbank altı yeni filial, o cümlədən, ölkənin Sumqayıt, Bərdə və Biləsuvar bölgələrində üç filial açıb. Əmrahbank bankın strateji planına müvafiq olaraq, xidmət nöqtələrinin yerini dəyişmək yolu ilə filial şəbəkəsinin coğrafi əhatə dairəsinin genişləndirilməsi üzərində işləyir. Belə ki, yaxın gələcəkdə filial şəbəkəsinin yeni siyasəti çərçivəsində paytaxtın beş filialının ünvanının dəyişdirilməsi planlaşdırılır.

Əmrahbankın Müşahidə Şurasının növbəti toplantısı aprelin 17-nə təyin olunub. Toplantı Yunis İldırımzadənin sədrliyi ilə və Müşahidə Şurasının üzvləri Kamal Məmmədzadə və Elnur Əmikişiyevin, o cümlədən, "International Bank of Bahrain"dən olan strateji tərəfdaşlar Aabed əz-Zeera (IIB-in İdarə Heyətinin sədri) və Məhəmməd Hadi Məcainin (IIB-in icraçı direktoru) iştirakı ilə keçiriləcək. 2010-cu il aprelin 17-də təşkil olunacaq toplantıda birinci rüb üzrə bankın fəaliyyət yekunları, o cümlədən, Əmrahbankın yeni perspektivləri və strateji inkişafı müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti