...

Bakıda Ümumdünya Gömrük Təşkilatının regional seminarı keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2010 13:26 (UTC +04:00)
Bakıda Yaponiya Gömrük Komitəsinin donor dəstəyi ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) harmonlaşdırılmış sistemin əsas inteqrasiya qaydaları üzrə regional seminarı keçirilir.
Bakıda Ümumdünya Gömrük Təşkilatının regional seminarı keçirilir

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir Ü.İsmayılova/

Bakıda Yaponiya Gömrük Komitəsinin donor dəstəyi ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) harmonlaşdırılmış sistemin əsas inteqrasiya qaydaları üzrə regional seminarı keçirilir.

Seminarda Türkiyə, Rusiya, Moldova, Belarus, Qırğızıstan, Xorvatiya, Albaniya, Gürcüstan, Çernoqoriya, İsrail, Serbiya, Polşa, Bosniya, Herseqovina, Qazaxıstan, Ukrayna, Özbəkistan və Makedoniya gömrük orqanlarının nümayəndələri iştirak edirlər.

Beş gün davam edəcək seminar zamanı aşağıdakı mövzular üzrə mühazirələr təqdim olunacaq - harmonlaşdırılmış sistem haqqında Konvensiya, harmonlaşdırılmış sistemin dəstəklənməsi, harmonlaşdırılmış sistemlə əlaqəli komitələr, ÜGT-nin harmonlaşdırılmış sistemin vahid qaydada tətbiqi və açıqlanması haqqında tövsiyələri və başqaları.

Seminar zamanı iştirakçılara Azərbaycan Dövlət Gömrük Komitəsinin mərkəzi laboratoriyası təqdim olunacaq.

Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyevin sözlərinə görə, harmonlaşdırılmış sistem gömrük statistikasının səmərəli aparılması, bəyan edilməsi, gömrük vergilərinin yığımı və digər məsələlərin həlli baxımından bütün ölkələrin gömrük orqanlarının fəaliyyətində mühüm məsələdir.

"Harmonlaşdırılmış sistemin mühüm elementləri gömrük qanunvericiliyinin, maddi və texniki bazanın, həmçinin, kadr potensialının olmasıdır", - Əliyev hesab edir.

Xəbər lenti

Xəbər lenti