...

Qısamüddətli gələcəkdə "Bank of Baku" depozit dərəcələrində əhəmiyyətli azalma gözləmir: MÜSAHİBƏ

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2010 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

"Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri Cəlal Qasımovla müsahibə

- Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Qəyyumlar Şurasının qərarı ilə iyunun 1-dən sığortalanan əmanətlərin maksimum faiz dərəcələri 12 faizədək aşağı salınacaq. Belə vəziyyətdə əhaliyə illik 15 faiz depozitlər təklif edən "Bank of Baku" özünü necə aparacaq?

- "Bank of Baku" əhaliyə təqdim olunan depozitlərin geniş spektrinə malikdir və burada dərəcələr depozitlərin müddətliliyindən və onlar üzrə faizlərin ödənilməsi tezliyindən asılı olaraq ildə bir neçə faizdən 21 faizədək dəyişir. Ən çox yayılmış depozitlər, daha doğrusu, birillik müddətli depozitlər üzrə bizdə dərəcələr, əgər faizlər aylıq hesablanırsa, illik 14 faizdir, əgər faizlər müddətin sonunda ödənilirsə, illik 15 faizdir. Bu günə bizdə depozitlər üzrə faizlərin azaldılması planları yoxdur. Çünki biz bu pulları kredit, xüsusilə də istehlak kreditləri formasında çox keyfiyyətlə paylaşdırırıq ki, bu da həm özümüzün qazanmağımıza, həm də əmanətçilərimizi yaxşı səviyyədə gəlirlə təmin etməyimizə imkan verir. Bu gün "Bank of Baku" kapitalın adekvatlığı üzrə ən yüksək göstəriciyə (aprelin 30-na 22,87 faiz) və yüksək ehtiyatda saxlama dərəcəsinə görə (vaxtı ötmüş kreditlərin ümumi məbləğinin 74 faizi) müvafiq olaraq bazarda ən sabit və etibarlı bankdır.

Bu amilləri nəzərə alaraq, bir çox müştərilərimiz üçün depozitlərin fond vasitəsilə sığortalanması məsələsi birinci dərəcəli deyil. Digər tərəfdən, təbii ki, müəyyən qrup adamlar var ki, bank seçərkən onlar üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu əsas məqamdır. Müştərilərin bu qrupuna daha qısa müddətə (məsələn, altı aylıq 12 faizlik AZN və USD, faizlərin aylıq ödənilməsi ilə) müvafiq olaraq, bizim rəqiblərimizin illik təklif etdikləri daha aşağı faizlərlə, müddət başa çatarkən onun uzadılması imkanı ilə həmin faizi qazanmaqla əmanət qoymağı təklif edə bilərik. Təbii ki, bu depozitlər fond vasitəsilə sığortalanacaq. Çünki onlar 12 və ya daha aşağı faizlə cəlb ediləcəklər. Odur ki, istənilən halda, müştəri əgər özünün sərbəst vəsaitlərini bizim banka qoyarsa udacaq.

- "Bank of Baku"ya bu gün üçün ən yüksək, 15 faizlə qoyulan bundan əvvəlki depozitlərlə necə olacaq?

- Onlar sığortalanmış qalacaq, daha doğrusu, onların statusu dəyişməyəcək.

- Sizcə, əmanətlər üzrə faiz dərəcələrinin azalması "Bank of Baku"nun sığorta ödəmələrinin təqdim etdiyi kredit və depozit portfellərində necə əks olunacaq?

- Əminik ki, bu dəyişikliklər depozit porfelinin həcminə və onun artım tempinə təsir etməyəcək. Lakin nəzərə alınsa ki, müştərilərin bir hissəsi sığortalanmış depozitlərə malik olmaq istəyirlər, güman etmək olar ki, onlar öz depozitlərini faiz dərəcələrinin 12 faizi ötməməsi şərti ilə daha qısa müddətə bizim bankımıza qoyacaqlar. Deməli, depozit portfeli üzrə göstərilən effekt depozitlərin müddətinin azalması və onların dəyərinin ucuzlaşması olacaq. Əgər müddətin dəyişməsi üzrə nəticələr əhəmiyyətli olarsa, onda bank likvidlik riskinin azalması üçün verilən kreditlərin orta müddətinə azalma tərəfə yenidən baxacaq, ya da gəlirlərin daha əhəmiyyətli hissəsini biznesdə saxlamaq üçün təbii ki, müddəti olmayan və müvafiq olaraq, cəlb edilmiş vəsaitlərin orta müddətini artıran dividendlərin ödənilməsini azaldacaq.

Xəbər lenti

Xəbər lenti