...

Gürcüstanın dəniz limanları yükboşaltmanı artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2010 13:58 (UTC +04:00)
Gürcüstan limanları keçən ilin yanvar-may aylarında boşaldılmış 7,7 milyon ton ilə müqayisədə, bu ilin analoji dövründə 9,4 milyon ton müxtəlif çeşidli yük boşaldıb, - çərşənbə günü Gürcüstan hökumətindən verilən məlumatda açıqlanır.

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.İsmayılov/

Gürcüstan limanları keçən ilin yanvar-may aylarında boşaldılmış 7,7 milyon ton ilə müqayisədə, bu ilin analoji dövründə 9,4 milyon ton müxtəlif çeşidli yük boşaldıb, - çərşənbə günü Gürcüstan hökumətindən verilən məlumatda açıqlanır.

Məlumatda bildirilir ki, bu ilin yanvar-may aylarında daha çox Batumi limanından yük göndərilib. Bu dövr ərzində liman keçən ilin analoji dövründəki 2,9 milyon tona qarşı 3,5 ton yük boşaldıb.

Poti limanı 2009-cu ilin yanvar-may aylarında boşaldılmış 22 milyon tona qarşı 3,2 milyon ton yük boşaldıb.

Bu dövr ərzində Supsa limanında, keçən il olduğu kimi, 1,8 milyon ton yük boşaldılıb.

Azərbaycan nefti "Azəri - Çıraq -Günəşli" dəniz yataqları bloku vasitəsilə Supsa limanından daşınır. Azərbaycan nefti Supsaya Bakı - Supsa neft kəməri vasitəsilə nəql olunur. Boru kəmərinin operatoru Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətidir.

ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Qara dəniz Kulevi neft terminalı bu ilin yanvar-may aylarında ötən ilin analoji dövründə daşınan 0,8 milyon tonla müqayisədə 0,9 milyon ton neft daşıyıb.

ARDNŞ-in Kulevidəki neft terminalı öz işinə 2008-ci ilin yayında başlayıb. Terminalın daşıdığı yüklərin ümumi həcmi 3 milyon ton neft, 3 milyon ton dizel yanacağı, 4 milyon ton mazut daxil olmaqla, il ərzində 10 milyon ton neft məhsulu təşkil edir. Çən anbarının ümumi tutumu 380 min kubmetrədək artırıla bilmək imkanları ilə 320 min kubmetr təşkil edir.

Terminalda neftdaşıma əməliyyatlarında neft məhsullarının tankerlərə boşaldılması üçün yükgötürmə qabiliyyəti 100 min ton olan iki körpü nəzərdə tutulub. Boşaldılmanın məhsuldarlığı saatda 1000 kubmetrdən 8000 kubmetrə qədərdir. Müəssisə yüklərin boşaldılmasının həcminin, eyni zamanda, 180 vaqonsisternə çatdırılması mümkün olan dəmir yolu stansiyasına xidmət edir. Dəmir yolu estakadalarında, eyni zamanda, 168-ə qədər vaqon-sisternin boşaldılması mümkündür.

Xəbər lenti

Xəbər lenti