...

Özbəkistanda "GM Uzbekistan"ın istehsalı olan yeni avtomobil satışa daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2010 16:11 (UTC +04:00)
"GM Uzbekistan" şirkətinin (keçmiş UzDEUavto) istehsalı olan yeni "Chevrolet Spark" (Matiz М 300) avtomobilinin nümayişi dünən axşam Daşkənddə keçirilib və artıq cümə axşamı Özbəkistan avtosalonlarında satışa daxil olub.
Özbəkistanda "GM Uzbekistan"ın istehsalı olan yeni avtomobil satışa daxil olub

Özbəkistan, Daşkənd, 26 avqust /Trend, müxbir D.Əzizov/

"GM Uzbekistan" şirkətinin (keçmiş UzDEUavto) istehsalı olan yeni "Chevrolet Spark" (Matiz М 300) avtomobilinin nümayişi dünən axşam Daşkənddə keçirilib və artıq cümə axşamı Özbəkistan avtosalonlarında satışa daxil olub.

Yeni avtomobil daxili bazarda "Uzavtosanoat"ın diler şəbəkəsi, ixrac variantında isə "General Motors" korporasiyasının diler müəssisələri vasitəsilə satılacaq.

Trend-ə Özbəkistanın avtomobil sənayesi müəssisələrini birləşdirən "Uzavtoprom"dan bildirilənə görə, ixrac tədarüklərinə bu ilin sonu, gələn ilin əvvəlində başlanılması planlaşdırılıb.

Məlumat verildiyi kimi, avqustun ortalarında "GM Uzbekistan" "Chevrolet Spark" kiçiktirajlı yeni modelin istehsalını elan edib. Bu, "GM Uzbekistan" zavodunun konveyr xəttində istehsala buraxılan yeddinci modeldir.

İstehsalın layihə gücü ildə 50 min avtomobildir. Onlardan ixracı nəzərdə tutulan həcm 20 min təşkil edir. Yeni modelin istehsalına başlanılması üzrə layihənin dəyəri 124,455 milyon dollar təşkil edib. Layihənin maliyyələşməsi kredit resursları və "GM Uzbekistan"ın şəxsi vəsaitləri hesabına həyata keçirilir.

2008-ci ilin sentyabrında "GM Uzbekistan" QSC və "General Motors" DAT M300 işçi adı ilə yeni modelin təşkili üçün maşın avadanlıqların tədarükü haqqında saziş imzalayıblar. 2009-cu ilin yanvarında Özbəkistanın Nazirlər Kabineti bu modelin Asaki zavodunda istehsalının təşkili üzrə qərar qəbul edib. Layihənin həyata keçirilməsi iki ildən az vaxt aparıb.

"GM DAT" şirkətinin icraçı direktoru Mayk Arkamonun sözlərinə görə, "Spark"da beşpilləli mexaniki ötürücü quraşdırılıb. Avtomobilin mühərriki 90 km/saat sürətində 5,5 litr yanacaq sərf edir. Bu göstərici şəhər şəraitində 7,6 litrə çatır. Maşının yük yerinin 66 faizi yüksəkdavamlı və ultramöhkəm poladdan hazırlanıb. Bu ona Koreya hökumətindən təhlükəsizlik üzrə "5" qiymətini almağa imkan verib.

"UzDEUavto" SC Özbəkistan hökuməti və Cənubi Koreyanın "Daewoo Motor" şirkəti tərəfindən paritet əsaslarda yaradılıb. 2005-ci ildə Özbəkistan "Daewoo"nun səhmlərinin 50 faizini alıb, 2007-ci ildə isə "Uzavtoprom" və "General Motors" Asaki zavodunun bazasında "GM Uzbekistan" Müştərək Müəssisəsinin yaradılması haqqında saziş imzalayıblar. MM-nin yaradılması şərtlərinə əsasən, "General Motors" müəssisənin gələcəkdə 40 faizədək artırmaq imkanı ilə 25 faiz üstəgəl bir səhminə sahibdir. Hazırda səhmlərin 75 faizi "Uzavtoprom"a məxsusdur.

Xəbər lenti

Xəbər lenti